AZ

Türkmənistanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü müzakirə edildi

BAKI, 29 oktyabr. TELEQRAF

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Cenevrədəki mənzil-qərargahında “CAREC Regionu və Çoxtərəfli Ticarət Sistemi” mövzusunda yüksək səviyyəli forum keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Beynəlxalq İnformasiya Mərkəzi məlumat yayıb.

Tədbir ÜTT və Asiya İnkişaf Bankı (AİB) tərəfindən birgə təşkil olunub.

Forumda Türkmənistandan maliyyə və iqtisadiyyat nazirinin müavini B.Yalakovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

B.Yalakov çıxışında Türkmənistanın çoxtərəfli ticarət sisteminə mərhələli şəkildə inteqrasiyasının vacibliyini vurğulayıb. O, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi üçün milli qanunvericiliyin ÜTT normalarına uyğunlaşdırılması və regional əməkdaşlığın gücləndirilməsinin prioritet olduğunu bildirib.

Forum çərçivəsində Türkmənistan nümayəndə heyəti ÜTT rəhbərliyi ilə görüşüb. Müzakirə zamanı ölkənin quruma daxil olması istiqamətində atılan addımlar, üzv dövlətlərlə təcrübə mübadiləsi, beynəlxalq tərəfdaşların texniki və məsləhət dəstəyi imkanları müzakirə olunub.

Seçilən
28
teleqraf.com

1Mənbələr