AZ

Zurabişvili: "Gürcü Arzusu"nun müxalifəti qadağan qərarı ölkəni Rusiya tipli avtoritarizmə aparır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın 5-ci Prezidenti Salome Zurabişvili hakim "Gürcü Arzusu" partiyasının ölkənin əsas müxalifət partiyalarını qadağan etmək qərarını sərt şəkildə pisləyib. Prezident bu addımı Gürcüstanı Rusiya tipli avtoritar rejimə çevirmək məqsədi güdən cəhd kimi qiymətləndirib.

Zurabişvili öz bəyanatını sosial şəbəkədə yayımlayaraq, "rejimin gündəlik və sistematik şəkildə tam avtoritarizmin tətbiqinə mane olan hər şeyə məhdudiyyətlər tətbiq etdiyini" bildirib.

Prezidentin fikrincə, müxalifət partiyalarının qadağan edilməsinə qarşı Gürcüstandan "vahid və aydın səs" eşidilməlidir: "Bu, qəbuledilməzdir! Müxalifətin belə təqibi nəinki çoxpartiyalı demokratiyanı məhv edir, həm də cəmiyyəti parçalayır və dövləti məhv edir."

Zurabişvili konstitusiya hüquqları söz azadlığı və siyasi fəaliyyətdə iştirak azadlığı məhdudlaşdırılan bütün müxalifət qüvvələri ilə həmrəy olduğunu vurğulayıb. Hakim partiyanın bu addımı ölkənin siyasi böhranını daha da dərinləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
olaylar.az

1Mənbələr