AZ

Premyer Liqa klubuna şad xəbər: Türkiyəli mütəxəssis razı salındı

“Karvan Yevlax” azarkeşləri üçün həsrət sona çatır. Belə ki, stadion hazır olmadığından ev oyunlarını Şamaxıda keçirən bölgə təmsilçisi doğma meydana qayıtmağa hazırlaşır.

Arenanın meydançası ilə bağlı problem həll olunub. Yenilənən süni örtük nəhayət, FİFA nümayəndəsini qane edib.

Ali futbol qurumunun bölgədəki əməkdaşı meydança üçün kluba sertifikat veriləcəyini bildirib. Türkiyədən olan mütəxəssis bu yaxınlarda Yevlaxda olaraq, bölgə təmsilçisini sevindirib.

Rəhbərlik Premyer Liqanın X turunda keçiriləcəyi “Zirə” görüşünün doğma meydanda oynanması üçün hazırlıqlara başlayıb.

Əgər son anda bir problem çıxmasa, “Karvan Yevlax” cari mövsümdə ilk ev oyununu noyabrın 1-də, “qartallar”a qarşı keçirəcək.

İdmanxeber.az 

Seçilən
14
1
idmanxeber.az

2Mənbələr