Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə səhər saatlarında rayonun Çıldıran kəndində qeydə alınıb.
Bərdə rayon sakini, 1968-ci il təvəllüdlü Hafiz Qocamanov sükanı arxasında olduğu "HOWO" markalı betonqarışdıran avtomobilin idarəetməsini itirib.
Nəticədə avtomobil dərəyə aşıb və sürücü hadisə yerinə ölüb.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media