AZ

“AtaSığorta” ASC ilk 9 ayda 7,5 milyon  manat sığorta haqqı toplayıb

“AtaSığorta” ASC ilk 9 ayda 7 milyon 541 min manat sığorta haqqı toplayıb. Şirkətin yığımları ötən ilin eyni dövründəki 7 milyon 903 min manatlıq göstəriciyə yaxındır.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu dövrdə ödənişlər isə illik müqayisədə 1 milyon 5 min manat (32,4%) artaraq 4 milyon 103 min manat olub. Ötən il ödənişlər 3 milyon 98 min manat idi. 

Seçilən
13
fed.az

1Mənbələr