Oxu.az saytına istinadən ain.az xəbər verir.
Azərbaycanın bank sektorunda öhdəliklərin əsas hissəsini depozitlər təşkil edir.
Oxu.Az Mərkəzi Bankın açıqladığı statistikaya istinadən xəbər verir ki, cari ilin sentyabr ayında bankların cəmi öhdəliklərinin 74.7%-i və ya 36 milyard 587.8 milyon manat depozit portfelinin payına düşüb.
Depozit portfelinin 58%-i (21 milyard 210.8 milyon manat) hüquqi şəxslərin, 42%-i (15 milyard 377 milyon manat) isə fiziki şəxslərin depozitlərindən ibarətdir. Fərdi sahibkarların depozitləri bu hesablamaya daxil edilmir.
Fiziki şəxslərin əmanətlərinin 67.7%-i (10 milyard 404.8 milyon manat) milli valyutada, 32.3%-i (4 milyard 972.2 milyon manat) isə xarici valyutada saxlanılır.
Hesabat dövründə fiziki şəxslərin əmanət portfelinin 63.2%-ni (9 milyard 720.2 milyon manat) müddətli əmanətlər təşkil edib. Sentyabr ayında bu kateqoriyada 1.7% və ya 159.5 milyon manat artım qeydə alınıb. Tələbli əmanətlər isə 2.4% və ya 131.4 milyon manat yüksəlib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.