AZ

Nəqliyyatdan pulsuz istifadə bütün tələbələrə şamil olunacaq? Deputatdan AÇIQLAMA

ain.az, Demokrat.az saytına istinadən bildirir.

“Tələbələr üçün müəyyən güzəştlərin tətbiqi vacibdir. Gənclərimizin sosial rifahının təmin olunması və onların təhsil həyatında daha stabil mühitin yaradılması üçün bu istiqamətdə addımların atılmasına ciddi ehtiyac var”.Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.O əlavə edib ki, artıq müəyyən təşəbbüslər mövcuddur və görünən odur ki, bu proses başlanıb:“Bu, sevindirici haldır. Bu məsələ yalnız qismən deyil, davamlı və sistemli şəkildə həll olunmalıdır. Güzəştlər məsələsinə formal deyil, strateji yanaşmaq lazımdır. Tələbələrə ediləcək güzəştlər istər ictimai nəqliyyatda, istər yataqxana təminatında, istərsə də təhsil haqları ilə bağlı gənclərin üzərindəki sosial-iqtisadi yükü azaltmalıdır. Bu onların daha rahat və məqsədyönlü təhsil almalarına şərait yaradacaq. Bu, təkcə bizim deyil, bütün dünyada tətbiq olunan və özünü doğrultmuş bir təcrübədir. Azərbaycanda da bu modelin mərhələli şəkildə tətbiqinə ehtiyac var. İnanırıq ki, yaxın gələcəkdə bu sahədə daha konkret və təsirli addımlar atılacaq”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
demokrat.az

1Mənbələr