Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib.
Msport.az xəbər verir ki, ilk günündə 4 oyun keçirilib.
“Aznur” “Star Bakı”ya heç bir şans verməyib – 18:2. “Atəşgah Suraxanı” “Lənkəran”ı (5:4), “DİN İdman Cəmiyyəti” “Bakı 145”i (5:3) məğlub edib. “Sumqayıt” – “Buxar” duelində isə qalib müəyyənləşməyib – 2:2.
Qeyd edək ki, I turun növbəti 4 oyunu bu gün baş tutacaq.