AZ

Azərbaycan klubu amerikalı basketbolçunun keçidini rəsmiləşdirib

Bakı, 29 oktyabr, AZƏRTAC

NTD basketbol komandası heyətinə yeni oyunçu cəlb edib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, Bakı təmsilçisi amerikalı Harrison Batlerin keçidini rəsmiləşdirib.

Kiçik forvard mövqeyində çıxış edən 26 yaşlı basketbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

H.Batler son olaraq Meksika liqasında çıxış edən “Freseros Irapuato” klubunun şərəfini qoruyub.

Seçilən
20
2
azertag.az

3Mənbələr