Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Şimali Koreya Sarı dənizdə yeni dəniz-yer tipli qanadlı raketini sınaqdan keçirib.
Bizimyol.info xəbər verir ki, Şimali Koreyanın rəsmi mənbələrindən verilən məlumata görə, raket təxminən 2 saat 10 dəqiqə uçub və hədəfinə dəyib.
Bu raket dəniz buraxılışları üçün dəyişdirilib. Şimali Koreya lideri Kim Çen In sınaqda iştirak edib.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada raket buraxılışı ilə bağlı şərh verib. "Bilmirəm. O, on illərdir raket buraxır, elə deyilmi?", - deyə Tramp qeyd edib.
Amerika lideri Kim Çen Inla yaxşı münasibətlər saxladığını bildirib. Buna görə də Şimali Koreyalı həmkarı ilə görüşməyi istisna etməyib.
"Onunla nə vaxtsa görüşməyi səbirsizliklə gözləyirəm. Bizim çox yaxşı münasibətlərimiz var idi. Bir neçə dəfə görüşdük və danışdıq. Və qarşılıqlı anlaşmamız var idi. Nə vaxtsa Şimali Koreyaya müraciət edəcəyik", - deyə o qeyd edib.
Qeyd edək ki, Şimali Koreya Trampın Çin lideri Si Cinpinqlə görüşməyi planlaşdırdığı Cənubi Koreyaya səfərindən əvvəl raket sınağı keçirib.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.
 
                        