AZ

LUKOIL aktivlərini üç dəfə ucuz qiymətə satmaq məcburiyyətində qala bilər

Ekspertlərin qiymətləndirməsinə görə, LUKOIL şirkətinin satışa çıxardığı aktivlərin bazar dəyəri təxminən 10 milyard dollar təşkil edir.

Musavat.com-un məlumatına görə analitiklər bildirirlər ki, mövcud geosiyasi vəziyyət və sanksiya təzyiqləri səbəbindən şirkət bu aktivləri əsl dəyərindən 2–3 dəfə ucuz satmaq məcburiyyətində qala bilər.

Məlumata görə:

“Qeyri-dost” ölkələrdə satış zamanı endirim 70%-ə qədər arta bilər,

Neytral və dost ölkələrdə isə bu göstərici 50%-ə qədər ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, 21 noyabra qədər müəyyən edilmiş satış müddəti və sanksion risklər LUKOIL-in danışıqlarda əlini zəiflədir və alıcıların xeyrinə işləyir.

Bu, Rusiyanın enerji nəhənginin xarici bazarlardakı mövqeyinə ciddi zərbə kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr