Azərbaycanda inflyasiya orta müddətdə 1,7 % ətrafında qalacaq. Bunu Dünya Bankının baş iqtisadçısı Nadir Ramazanov deyib.
O bildirib ki, tələbin zəifləməsi fonunda qiymət artımı Mərkəzi Bankın hədəf intervalında qalmağa davam edəcək. Bununla belə, inzibati qiymət artımlarından qaynaqlana biləcək təchizat yönlü təzyiqlər tam istisna edilmir.
Beynəlxalq qurumun qiymətləndirməsinə əsasən, fiskal tərəfdən də vəziyyət sabit qalacaq, lakin, Orta müddətdə büdcə profisiti tədricən azalacaq. Bu azalma əsasən hidrokarbon gəlirlərinin zəifləməsi ilə əlaqəli olacaq",- o bildirib.
Ramazanov Azərbaycanın iqtisadi siyasətində davamlı makroiqtisadi sabitliyin qorunmasının vacibliyini vurğulayıb.
Aytac Zeynalova