AZ

Makronun arvadına tələb irəli sürüldü: Qadın olduğunu sübut etməlidir - FOTO

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron haqqında aparılan kiberhücum işi məhkəmədə yeni qalmaqallı məqamlarla gündəmə gəlib.

Milli.Az xəbər verir ki, iş üzrə təqsirləndirilən şəxslərdən bəziləri məhkəmədən Bricit Makronun cinsiyyətini sübut etməyi tələb ediblər. Onlar iddia edirlər ki, bu məsələni birdəfəlik bağlamaq üçün ictimaiyyətə Makronun uşaqlıq və ya hamiləlik dövrünə aid bir neçə şəkilinin təqdim edilməsi kifayət edər.

Bəzi təqsirləndirilənlər isə sosial mediada az izləyiciləri olduğu halda cinayət məsuliyyətinə cəlb olunmalarına təəccübləndiklərini bildiriblər. Onlar yayımladıqları paylaşımları "sadəcə fikir ifadəsi" kimi qiymətləndirərək "söz azadlığı" hüququna əsaslanıblar.

Qeyd edək ki, məhkəmə qarşısına çıxanlar arasında "Zoé Sagan" təxəllüsü ilə tanınan yazıçı Aurelien Poirson-Atlan, eləcə də jurnalist Natacha Rey-in YouTube kanalında Bricit Makronun cinsiyyəti haqqında danışan Amandine Roy da var.

Fidan
Milli.Az

Seçilən
36
1
milli.az

2Mənbələr