Azərbaycan Kubokunun 1/8 final mərhələsinin II təsnifat mərhələsində “Sheki City” ilə qarşılaşan “Karvan-Yevlax” növbəti mərhələyə vəsiqəni təmin edib.
Şamaxı şəhər stadionunda baş tutan görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda Yevlax təmsilçisi Şəki komandasının qapısından daha iki qol vurub – 3:1.
“Turan Tovuz” isə “Azərsun Arena”da II Liqa təmsilçisi “Dinamo” ilə üz-üzə gəlib. Oyun 5:0 hesabı ilə tovuzluların xeyrinə başa çatıb.
Dünən keçirilən digər görüşlərdə “Cəbrayıl” – “Şəfa” 0:3, “Göygöl” – “Baku Sportinq” 0:2, “Kəpəz” – “Ağstafa Gəncləri” 6:1, “Qaradağ Lökbatan” – “İmişli” 2:3 hesabı qeydə alınıb.
Beləliklə, “Karvan-Yevlax”, “Turan Tovuz”, “Şəfa”, “Baku Sportinq”, “Kəpəz” və “İmişli” komandaları növbəti mərhələdə iştirak etmək hüququ qazanıblar.
Qeyd edək ki, Azərbaycan Kubokunda II təsnifat mərhələsinə bu gün yekun vurulacaq.
Qabil YUSİFOĞLU
XQ