Mənbələrin bildirdiyinə görə, "Dənizin Titanları" adlı təlimlərin ilkin planına əsasən, hərbçilər təxminən bir ton ağırlığında olan real bombalar deyil, onların maketlərindən istifadə etməli idilər. Lakin administrasiya rəsmiləri təşkilatçılara ABŞ Prezidenti Donald Trampın "sadəcə böyük su sıçramalarını yox, partlayışları görmək istədiyini" bildiriblər.
Bu istək təhlükəsizlik protokollarına uyğunlaşdırılmış planın dəyişdirilməsinə səbəb olub və nəticədə təlimlərdə döyüş sursatlarından istifadə edilib. Eyni zamanda, dəniz piyadaları şərəfinə keçirilən mərasimdə real artilleriya mərmiləri ilə atəş açılıb.
Məlumatlar ABŞ Hərbi Dəniz Qüvvələrinin 18 oktyabrda Kaliforniya ştatının San-Dieqo bölgəsində yerləşən Kemp-Pendlton dəniz piyadaları bazası yaxınlığında keçirilən təlimlər zamanı baş vermiş insidentlə bağlı aparılan araşdırma fonunda üzə çıxıb. Həmin gün döyüş artilleriya mərmisinin nasazlığı nəticəsində qəlpələr magistral yola düşüb və iki patrul avtomobilinə ziyan vurub. Hadisə zamanı xəsarət alan olmayıb.
Tədbirdə ABŞ-ın vitse-prezidenti Cey Di Vens və müdafiə naziri Pit Hegset də iştirak ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
 
                        