AZ

Yaşıl İqlim Fondu AİB-in Mərkəzi Asiya, Cənubi Qafqaz və Pakistanda Buzlaqların Əriməsi üzrə Uyğunlaşma Proqramı üçün 250 milyon dollar ayırıb

Bakı. Trend:

Manila, Filippin (29 oktyabr 2025) - Yaşıl İqlim Fondu (YİF)Asiya İnkişaf Bankının (AİB) “Buzlaqlardan Təsərrüfatlara” proqramıüçün 250 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

Trend bu barədəAİB-ə istinadən xəbər verir.

Uyğunlaşmaya dair aparıcı proqramın əsas məqsədi Mərkəzi Asiya,Cənubi Qafqaz və Pakistanın buzlaqlardan asılı olan ərazilərindəyaşayan həssas icmalar üçün dayanıqlı su və kənd təsərrüfatısistemlərinin yaradılmasıdır.

YİF-in ayırdığı vəsait əsasən qrantlar şəklində təqdim olunacaqvə proqramın əhatə etdiyi ölkələr tərəfindən müəyyən edilmiş birsıra layihələr üçün AİB-in növbəti on il ərzində nəzərdə tutduğu3,25 milyard ABŞ dolları həcmindəki vəsaitlə birgə investisyaolunacaq. Buzlaqların sürətlə əriməsinə görə artan quraqlıqlar vəya daşqınlar fonunda səmərəli suvarma, su anbarlarının yaradılmasıvə su hövzələrinin idarə olunmasına investisiya ayrılacaq və bulayihələr kənd təsərrüfatında məhsuldarlığı artırmağa köməkedəcək.

“Buzlaqların sürətlə azalması bölgəmizin üzləşdiyi ən mürəkkəbinkişaf problemlərindən biridir,” – AİB-in Kənd Təsərrüfatı, Qida,Təbiət və Kənd yerlərinin İnkişafı Departamentinin direktoru YasminSiddiqi bildirib. “İcmaların uyğunlaşmasına kömək etmək üçünpraktik, miqyaslı və elmə əsaslanan həllərə ehtiyacımız var. YİF-inkatalitik dəstəyi ilə “Buzlaqlardan Təsərrüfatlara” təşəbbüsüregionun pərakəndə layihələrə deyil, insanları və həyat şəraitinihəm indi, həm də gələcək nəsillər üçün qoruyan sistemli vəuzunmüddətli dayanıqlılığa yönəlməsinə kömək edəcək.”

“Buzlaqlardan Təsərrüfatlara” təşəbbüsü AİB-in inkişaf etməkdəolan 9 üzv ölkəsini – Azərbaycan, Ermənistan, Gürcüstan,Qazaxıstan, Qırğız Respublikası, Pakistan, Tacikistan, Türkmənistanvə Özbəkistanı – əhatə edir. Bu ölkələrin hamısında kəndtəsərrüfatı, içməli su və elektrik enerjisinin istehsalı buzlaq vəqar sularından qidalanan çaylardan asılıdır. Buzlaqların sürətləəriməsi bu xidmətlər və həyat şəraiti üçün təhlükədir, habelətəxminən hər dörd iş yerindən birinin kənd təsərrüfatı sahəsindəolduğu bu ölkələr üçün ciddi çağırışdır.

Proqram buzlaqla qidalanan dörd çay hövzəsinə – Mərkəzi AsiyadaNarın və Pyanc, Cənubi Qafqazda Kür və Pakistanda Svat çaylarına –diqqət yetirəcək və təxminən 27 milyon hektar ərazini əhatəedəcək.

Ucqar dağlıq ərazilərdə yaşayan fermerlər və həssas əhali dədaxil olmaqla, təxminən 13 milyon insan proqramdan birbaşafaydalanacaq. Bu təşəbbüs milli inkişaf planları və investisiyaistiqamətlərinin müəyyənləşdirilməsində vacib amil olan iqlim vəbuzlaqlar üzrə qiymətləndirmələrə dəstək olacaq. Proqram həmçinin,müşahidə və erkən xəbərdarlıq sistemlərini gücləndirəcək ki, bu daicmaların buzlaq göllərinin daşması və uzunmüddətli quraqlıq kimitəbii fəlakətlərin təsirlərini idarə etməsinə kömək olacaq.

“Buzlaqlardan Təsərrüfatlara” təşəbbüsü kənd təsərrüfatı iləyanaşı su qıtlığı və ekstremal istilik dalğalarının təsirlərinəməruz qalan həssas icmalar üçün adaptiv sosial müdafiəmexanizmlərinə və səhiyyə xidmətlərinə dəstək verəcək. Proqram, həmdə yerli bankların potensialını gücləndirərək, xüsusilə qadınlartərəfindən idarə olunan kənd təsərrüfatı müəssisələrinə dəstəkolacaq.

“‘Buzlaqlardan Təsərrüfatlara” proqramı genişmiqyaslı, innovativvə birgə səylərə nümunədir. Bu səylər iqlimin buzlaqlardanqidalanan su sistemlərinə təsirlərini idarə etmək üçün Mərkəzi vəQərbi Asiya ölkələrinin uyğunlaşmaya dair planlaşdırmanı vəəməkdaşlığı gücləndirməsinə kömək edəcək,” – YİF-in Şərqi Avropa,Mərkəzi Asiya və Yaxın Şərq Regionu Departamentinin direktoruThomas Eriksson bildirib. “Bu proqram regiondakı su və qidasistemləri üzrə uzunmüddətli dayanıqlılığa nail olmaq üçünməlumatların, koordinasiyanın və maliyyə hazırlığınınyaxşılaşdırılması ilə transformativ bir etalon yaradır.”

Dünyanın ən böyük iqlim fondu olan YİF, 29 oktyabr tarixindəkeçirilən İdarə Heyətinin 43-cü iclasında “BuzlaqlardanTəsərrüfatlara” proqramı üçün güzəştli maliyyələşdirmənitəsdiqləyib. 2024-cü ildə YİF tərəfindən maliyyələşdirilənbuzlaqlara dair riskin qiymətləndirilməsi proqramın elmi və texnikiəsasını formalaşdırmağa kömək edib.

AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv vədavamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır.AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışlarıhəll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətliinfrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyəalətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır.AİB 1966-cı ildə yaradılıb, 50-i regiondan olmaqla bankın 69 üzvüonun səhmdarlarıdır.

Məqalədə:
Seçilən
24
4
az.trend.az

5Mənbələr