AZ

"Putin Bakı-İrəvan sülhünə heyranlığını bildirdi" - Tramp

ABŞ prezidenti Donald Tramp yenidən Ermənistan-Azərbaycan münaqişəsinin həllindən danışıb. 

"Unikal" xəbər verir ki, Tramp bu barədə Cənubi Koreyada səfərdə olarkən açıqlama verib. 

"Onlar arasında münaqişə 38 il davam etdi. Hətta Putin də heyranlığını bildirdi və bu münaqişəni həll edə bilmədiklərini dedi. Onlar Ağ Evdə bir-birindən uzaqda oturmuşdular, amma görüş zamanı yavaş-yavaş bir-birlərinə yaxınlaşdılar və hətta qucaqlaşdılar", - deyə Tramp bildirib.

Qeyd edək ki, Dünən ABŞ prezidenti Yaponiyadakı ABŞ hərbi bazasında çıxışı zamanı da Azərbaycan-Ermənistan münaqişəsinin həllindən bəhs edib. 

Ağarza Elçinoğlu

Seçilən
38
49
unikal.az

10Mənbələr