BAKI, 29 oktyabr. TELEQRAF
"Tacikistan ilə Azərbaycan arasında çoxillik dostluq münasibətləri var. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq mövcuddur".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Fayzaliİdizoda deyib.
O qeyd edib ki, ölkə rəhbərləri arasındakı münasibətlər əlaqələrin inkişafında mühüm önəm kəsb edir: “Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafında mühüm mərhələ hesab edilir. Eyni zamanda bu amil ölkələr arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalanmasının təmin edib. Düşənbədə keçirilən MDB forumunda Azərbaycan Prezidenti İlham Əliyevin iştikarı münasibətlərin növbəti təzahürü idi. Bununla yanaşı iki ölkə arasında parlamentlər səviyyəsində də mühüm uğurlar mövcuddur”.