ABŞ Prezidenti Donald Tramp Yaponiyaya səfəri zamanı bildirib ki, Baş nazir Sanae Takaiti ona Yaponiyanın “Toyota Motor” şirkətinin ABŞ-dakı zavodlara milyardlarla dollar sərmayə qoymağı planlaşdırdığını söyləyib.
Avtosfer.az xəbər verir ki, Tramp bildirib: “Baş nazir mənə “Toyota”nın ABŞ-ın bütün ərazisi boyunca 10 milyard dollardan çox dəyəri olan avtomobil zavodları tikməyi planlaşdırdığını deyib. Bax, “Toyota” belədir. Odur ki, gedin “Toyota” alın”.
Qeyd edək ki, bir neçə gün əvvəl Yaponiya mediası “Toyota”nın ABŞ-də avtomobil istehsal edərək ölkəyə idxal edəcəyi barədə məlumat yayıb.
Vüqar