ABŞ Prezidenti Donald Tramp Koreya yarımadasındakı münaqişəyə son qoyacağına söz verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, Cənubi Koreya Prezidenti Li Çje Myonqla görüşü zamanı bildirib.
Amerika liderinin sözlərinə görə, Koreya yarımadası rəsmi olaraq müharibə vəziyyətindədir, lakin “bunu həll etmək üçün nə edilə biləcəyini görəcəyik”.
Oktyabrın 22-də Şimali Koreya Yapon dənizinə doğru bir neçə qısa mənzilli ballistik raket atıb. Buna cavab olaraq Cənubi Koreya hərbçiləri raketlərin monitorinqini gücləndirib və ABŞ və Yaponiya ilə əməliyyat məlumatlarını mübadilə edərək daimi döyüş hazırlığına keçiblər.