ABŞ prezidenti Donald Tramp Yaponiyadan Koreya Respublikasına gedərkən təyyarənin göyərtəsində jurnalistlərin suallarını cavablandırıb.
Publika.az ABŞ mətbuatına istinadla xəbər verir ki, Tramp ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Consonun respublikaçının üçüncü prezidentlik müddətinə şansının olmaması barədə fikirlərini şərh edib.
Prezident qeyd edib ki, bildiyinə görə, onun yenidən bu vəzifəyə namizədliyini irəli sürməsinə icazə verilmir. O, əlavə edib ki, təfərrüatları oxuyanda məlum olur ki, bir daha namizədliyini irəli sürə bilməz və bu, onu kədərləndirir.
Bundan əvvəl Aşağı Palata sədri ABŞ Konstitusiyasına prezidentin səlahiyyət müddətini ardıcıl iki müddətlə məhdudlaşdıran 22-ci düzəlişin mövcudluğundan danışıb.