BAKI, 29 oktyabr. TELEQRAF
Biz Azərbaycanla əlaqələrə mühüm önəm veririk. Bu il Azərbaycan konstitusiyasının qəbulunun 30 ili tamam olur. Bu təməl qanun digər prinsiplərlə yanaşı insan hüquqlarının da qorunmasında mühüm amil hesab edilir.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında Rumıniya Parlament Senatının sədri Mirça Abrudean deyib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2025-ci ilin Konstitusiya və suverenlik ili elan edilməsi bunu bariz nümunəsidir: “Azərbaycanla Rumıniya arasında bir çox sahələrdə əlaqələr inkişaf edir. Biz Azərbaycanın ASAN Xidmət modelinin Rumıniyada tətbiqinə başlamışıq. Enerji və ticarət məsələsində əlaqələrdə sıx əməkdaşlıq var. Qara dəniz və digər marşurutlarda qarşılıqlı əməkdşalıq inkişaf edir. Rumıniya Cənubi Qafqazda və Qara dəniz regionunda təhlükəsizliyə böyük önəm verir”.