"Üç onillik ərzində konstitusiyanız həm tarixi, həm də hüquqi əhəmiyyətini qoruyub saxlamış və ölkənin dinamik inkişafı ilə yanaşı olaraq təkamül edib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxışı zamanı Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean deyib.
O çıxışı zamanı bir neçə istiqamətdə əməkdaşlıq təklif edib: "Sizin "ASAN xidmət" modeliniz var. Bunu Rumıniyada tətbiq edə bilərik. Artıq başlamışıq".
M.Abrudean vurğulayıb ki, Cənubi Qafqazda və Qara dəniz regionunda sabitlik hamının xeyrinədir.
Anar Kəlbiyev