AZ

Sorlot Super Liqaya qayıdır?

“Atletiko Madrid”in hücumçusu Aleksandr Sorlot qış transfer pəncərəsində komandadan ayrıla bilər.

Apasport.az xəbər verir ki, 29 yaşlı forvardla Türkiyənin “Fənərbaxça” klubu maraqlanır.

Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, İstanbul təmsilçisinin prezidenti Sadettin Saran transferin baş tutması üçün şəxsi təşəbbüs göstərəcək.

Xatırladaq ki, “sarı-lacivərdlilər” yay transfer pəncərəsində də Sorlotu heyətinə qatmaq istəyirdi, lakin o vaxt bu keçid baş tutmamışdı.

Qeyd edək ki, Norveç millisinin üzvü Aleksandr Sorlot daha əvvəl Türkiyənin Super Liqa klublarından “Trabzonspor”un heyətində çıxış edib.

“Tottenhem” hücumçusunu satmağı planlaşdırır - BAŞ MƏŞQÇİ ÇIXIŞINDAN RAZI DEYİL

Türkiyə klubuna transfer qadağası

İspaniya klubunun 15 yaşlı futbolçusu vəfat edib

Karvaxal əməliyyat olunub

Messi: "Hədəfim DÇ-2026-da oynamaqdır"

Seçilən
22
1
apasport.az

2Mənbələr