AZ

“Saab” ABŞ Ordusundan “Giraffe 1X” radarları üçün sifariş alıb

ABŞ Ordusu təhlükəsizlik əməkdaşlığı tərəfdaşlarını dəstəkləmək məqsədilə “Saab” şirkətinə “Giraffe 1X” radarları sifariş edib.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sifarişin dəyəri təxminən 46 milyon ABŞ dollarıdır.

Sifarişə əsasən, “Giraffe 1X” radarlarının çatdırılmasına 2026-cı ildən başlanacaq.

Dizaynına görə həm quru, həm də dəniz platformalarına asanlıqla quraşdırıla bilən “Giraffe 1X” radarı əsasən qısaməznilli hava hücumundan müdafiə sisteminin bir hissəsi kimi tətbiq edilir. Bu baxımdan “Giraffe 1X” daha çox “Saab” şirkətinin RBS 70 NG qısa mənzilli daşınan zenit raket kompleksi (DZRK) ilə birlikdə istifadə olunur. Həmçinin bu radar, antidron (C-UAS) vasitələri ilə də birgə tətbiq edilə bilər.

Seçilən
23
poliqon.az

1Mənbələr