AZ

Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsüm start götürüb

Bu gün minifutbol üzrə Azərbaycan çempionatının I turunun növbəti oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, ötən gün turun ilk günündə dörd oyun keçirilib.

“Aznur” “Star Bakı”ya heç bir şans verməyib - 18:2. “Atəşgah Suraxanı” “Lənkəran”ı (5:4), “DİN İdman Cəmiyyəti” “Bakı 145”i (5:3) məğlub edib. “Sumqayıt” - “Buxar” duelində isə qalib müəyyənləşməyib - 2:2.

Qeyd edək ki, I turun növbəti dörd oyunu bu gün baş tutacaq. “Cənub Storm” - “Galaxy” ilə, “Borçalı” - “Lerik Əvilə”, “Birbaşa Bakı” - “Zirə”, “Siyəzən” - “Gənclərbirliyi” qarşılaşacaq.

İdman.Biz

Seçilən
4
4
idman.biz

5Mənbələr