Zaur Kamal Şəbnəm Tovuzlunu 200 manat məbləğində cərimələyib.
"Cebheinfo.az" "Yeni Sabah"a istinadən xəbər verir ki, müğənni onun verilişinə 5 dəqiqə gecikib.
Aparıcı maddi ehtiyacı olan ailəyə zəng vurub və Şəbnəm Tovuzlunun ona 200 manat pul göndərəcəyini bildirib.
Bir neçə gün əvvəl Z.Kamal proqramına gecikən meyxanaçılar - Baləlini 500 və Mir Fəridi 300 manat cərimələmişdi.
"Cebheinfo.az"