BAKI, 29 oktyabr. TELEQRAF
Serbiya Prezidenti Aleksandar Vuçiç və xanımı Tamara Vuçiçin Özbəkistana səfəri çərçivəsində Daşkənddə rəsmi tədbirlər keçirilib.
Teleqraf xəbər verir ki, Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva Tamara Vuçiç ilə görüşüb.
Qeyri-rəsmi dialoq zamanı cəmiyyətlər arasında əlaqələr, humanitar və mədəni əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.
Özbəkistan və Serbiya arasında imzalanan sazişlərin xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanı daha da möhkəmləndirəcəyinə əminlik ifadə olunub.
Ziroat Mirziyoyeva və Tamara Vuçiç mədəni proqramda iştirak edib. serbiyalı qonağa özbək xalq tətbiqi sənəti və ənənəvi mərasimlərdən ibarət sərgi nümayiş etdirilib.