AZ

PUA hücumu: Rusiyanın neft zavodları vuruldu, yanğınlar başladı – VİDEO

Rusiyanın zavodları PUA hücumuna məruz qalıb.

NOCOMMENT.az xəbər verir ki, Rusiya mediasının verdiyi məlumata əsasən zərbə altında qalan müəssisələr Ulyanovsk vilayətində “NS-Oil” neft emalı zavodu, Stavropol diyarının Budyonnovsk şəhərində yerləşən “Stavrolen” kimya müəssisəsi və Mari El Respublikasının Tabaşino qəsəbəsində neftayırma zavodudur.

Bundan əlavə, Krımda da yanğınlar baş verib.

Simferopoldə neft bazası yanır. “Krımskiy veter” monitorinq qrupunun məlumatına əsasən, bu neft bazası Rusiya ordusunun təchizatı üçün fəal şəkildə istifadə olunur.

Qeyd edilir ki, dünən ərazidə maskalama torları ilə örtülmüş və dronlardan qorunmaq üçün xüsusi müdafiə vasitələri ilə təchiz edilmiş yanacaq maşınlarının intensiv hərəkəti müşahidə edilib.

Qvardeyskdəki ATAN neft bazası da yenidən alovlanıb.

 

Seçilən
15
nocomment.az

1Mənbələr