AZ

Qlobal ticarətdən asılı ölkələrə təhlükə yaranıb

Qlobal

Beynəlxalq ticarətdən iqtisadi baxımdan daha çox asılı olan, hər an böhran yaşaya biləcək ölkələrin adları açıqlanıb. Bildirilir ki, artan rüsumlar nəticəsində 2025-ci ildə güclənən ticarət müharibəsi artıq qlobal iqtisadi əlaqələrə çox böyük təhlükə yaradıb.

Reyting.az
xəbər verir ki, "Terzo" analitik qrupunun məlumatlarına əsasən hazırlanmış infoqrafikada ölkələrin qlobal ticarətdən birbaşa asılılıq dərəcəsi göstərilir. Mütəxəssislər bildirirlər ki, bu göstərici ixrac və idxalın Ümumi Daxili Məhsula (ÜDM) nisbəti ilə hesablanıb.

Bu siyahıya görə, ən yüksək göstəriciyə malik ölkələr iqtisadiyyatları qlobal ticarətlə daha sıx bağlı olanlardır və buna görə də rüsum dəyişikliklərindən daha çox təsirlənə bilərlər.

Qeyd olunur ki, 2024-cü ildə ÜDM-i 300 milyard dollardan artıq olan iqtisadiyyatlar arasında ilk yerləri Honq Konq, Sinqapur, İrlandiya, Birləşmiş Ərəb Əmirlikləri, Vyetnam, Belçika, Niderland, Malayziya, Tayland və İsveçrə tutur.

Mütəxəssislərin sözlərinə görə, bu cür göstəricilər sayəsində Honq Konq çox güman ki, tezliklə re-ixrac mərkəzindən təchizat zənciri xidmətlərini idarə edən mərkəzə çevriləcək. Üstəlik, şəhər hava limanı infrastrukturunu tam müasir, yeni vəziyyətə gətirib inkişaf etdirməklə, böyük rəqabət üstünlüyünü də artırmağı planlaşdırırlar.

İrlandiya dövləti isə ABŞ-nın tətbiq etdiyi rüsumların təsirini qismən, yəni mümkün olduğu qədər azaltmaq və iqtisadiyyatını qorumaq məqsədilə bir çox iri şirkətlərə qrantlar və yeni bazarların axtarışı üçün dəstək təklif edir.



Oqtay QORÇU
Seçilən
37
reyting.az

1Mənbələr