AZ

Konstitusiyamız işğal dövründə ölkəmizin suverenliyinin mənəvi əsasını təşkil edib – Sahibə Qafarova

Son 22 il Azərbaycanın dövlətçilik tarixində dinamik və hərtərəfli inkişaf dövrü kimi yadda qalıb.

Day.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunan "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

Spiker bildirib ki, torpaqlarımızın işğal altında olduğu dövrdə Konstitusiyamız ölkəmizin suverenliyinin mənəvi əsasını təşkil edib.

O qeyd edib ki, ölkəmizin konstitusiyası ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün xalqlarla sülh şəraitində yaşamağı başlıca prioritet kimi müəyyənləşdirib.

Seçilən
18
2
day.az

3Mənbələr