AZ

Təyyar qəzaya uğradı: 11 nəfər həlak oldu

Keniyanın paytaxtı Nayrobidən təxminən 500 kilometr cənubda qəzaya uğrayan yüngül təyyarədə, aralarında xarici turistlərin də olduğu 11 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Kvale bölgəsinin polis rəisi Abdillahi Alio Tsimba məhəlləsində baş verən qəzada təyyarədə olan bütün şəxslərin hadisə yerində öldüyünü təsdiqləyib.

Mombasa Air Safari şirkətinin verdiyi  ilkin məlumatlara əsasən, təyyarədə 8 Macarıstan, 2 Almaniya vətəndaşı olmaqla 10 turist və bir Keniyalı ekipaj üzvünün olduğu bildirilib.

Keniyanın Mülki Aviasiya İdarəsi (KCAA) də qəzanı təsdiqləyərək, təyyarənin "5Y-CCA" qeydiyyat nömrəsinə sahib olduğunu açıqlayıb.

KCAA-nın baş direktoru Emile Arao təyyarənin havaya qalxdıqdan qısa müddət sonra Tsimba məhəlləsində qəzaya uğradığını bildirib.

Hadisə yerinə göndərilən təcili yardım qrupları və aviasiya mütəxəssisləri, qəzaya uğrayan sahənin təhlükəsizliyini təmin etmək, cəsədləri çıxarmaq, uçuş məlumatlarını qoruma altına almaq və qəzanın səbəbini müəyyən etmək üçün işlərini davam etdirirlər.

Sosial şəbəkələrdə paylaşılan fotolarda meşəlik yamacda dağılmış təyyarə hissələri və gövdədən ayrılmış eniş təkəri diqqət çəkir.

Seçilən
5
cebheinfo.az

1Mənbələr