AZ

FIBA Avropa Kubokunda Azərbaycan dueli

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycan təmsilçiləri “Abşeron Lions” və “Neftçi” bu gün FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyunlarını keçirəcək.

AZƏRTAC xəbər verir ki, I qrupunda mübarizə aparan komandalar bir-biri ilə üz-üzə gələcək. Bakı İdman Sarayında reallaşacaq matç saat 19:00-da start götürəcək.

“Abşeron Lions” qrupdakı ilk iki oyunda Polşanın “Trefl” komandasına 96:99, Estoniyanın “Kalev” kollektivinə 85:93 hesabı ilə məğlub olub. İlk görüşdə Polşa təmsilçisinə 63:92 hesabı ilə uduzan “Neftçi” isə ikinci qarşılaşmada Estoniya klubuna qalib gəlib - 95:84.

Seçilən
32
3
azertag.az

4Mənbələr