Türkiyənin Iğdır şəhərində tikinti sahəsində faciəvi hadisə baş verib.
Milli.Az xəbər verir ki, Topçular məhəlləsində yerləşən inşaatda çalışan azərbaycanlı işçilər Babək N. və Sənani F. liftin şaxtasına düşüblər.
İşçilər xilas edilərək xəstəxanaya aparılıb. Lakin görülən tədbirlərə baxmayaraq, Babək N.-i xilas etmək mümkün olmayıb. Digər yaralının isə müalicəsi davam edir.
Hadisə ilə bağlı istintaq başladılıb.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar: