AZ

Türkiyədə oyunlara pul qoyuluşu edən FİFA hakiminin adı bəlli oldu

Türkiyə futbolunda hakimlərin futbol matçlarına pul qoyuluşu etməsinin ictimaiyyətə bəlli olması ilə başlayan qalmaqal tam sürətlə davam edir.

"Football-plus.az" xəbər verir ki, bu qalmaqalın əsasını bazar ertəsi Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu qoydu. O, ölkədə 571 peşəkar hakimin oyunlara mərc etdiyini, onlardan 371-nin mərc saytlarında aktiv hesablarının olduğunu dedi. Bundan başqa 1 hakimin təkbaşına 18227 dəfə, 10 hakimin 10000-dən çox, 42 hakimin isə 1000-dən çox pul qoyuluşu etdiyini və bununla bağlı geniş bir araşdırmanın davam etdiyini vurğuladı. TFF prezidentinin bu sözləri aydın səmada şimşək effekti verdi. Ertəsi gün məsələyə prokurorluq da qoşuldu və bütün şübhəli hakimlərin ifadələri alındı. Qurumun başqan vəkili Məcnun Odyakmaz tezliklə həmin hakimlərin adlarının ictimaiyyətə açıqlanacağını demişdi.

Federasiya bu gün oyunlara pul qoyuluşu edən 152 hakimin adını açıqlayıb. Onlardan 7-si elit səviyyə əsas hakim, 15-i elit səviyyə köməkçi hakimlərdi. Əsas hakimlər arasında ən diqqətçəkən isim Zorbay Küçükdü. Əslən Adanadan olan 33 yaşlı Küçük FİFA hakimidi. O indiyə qədər 109-u superliqada olmaqla Türkiyə daxilində 180 oyun idarə edib. 2021/22-də ''Trabzonspor'' - ''Beşiktaş'' və ''Fənərbaxça'' - ''Trabzonspor'' oyunlarına təyinat alıb. TFF-nin təlimatnaməsinin 57-ci maddəsinə görə futbol fəaliyyəti ilə bağlı olan şəxslərin oyunlara birbaşa və ya dolayı yolla pul qoyuluşu etməsi qadağandı. Hətta buna görə 3 aydan 1 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Bu arada qalmaqalın və araşdırmanın tədricən böyüdüyü məlum olub. Belə ki, hakimlərdən başqa klub prezidentləri, futbolçular və məşqçilərin də oyunlara mərc edərək qazanc əldə etdikləri məlum olub.

Seçilən
20
football-plus.az

1Mənbələr