Montoneqroda Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb.
“Yeni Sabah” “MEAZ”a istinadla xəbər verir ki, yerli polis 31 yaşlı Azərbaycan və 54 yaşlı Türkiyə vətəndaşlarını 2 gün əvvəl yerli sakini döyməkdə şübhəli sayır.
Ümumən polis bölməsinə 45 nəfər türk və azərbaycanlı gətirilib. Dördpendirli pizza
Yoxlamalar nəticəsində 7 nəfər barəsində “Əcnəbilər haqqında" Qanunun pozulmasına dair qərar çıxarılıb, 8 nəfərə isə ölkəni tərk etmə göstərişi verilib. Daha 2 nəfərə istintaq başa çatana qədər müəyyən ünvanda yaşamaq və mütəmadi olaraq polisdə qeyd olunma məcburiyyəti tətbiq olunub.
Xatırladaq ki, 620 min əhalisi olan Monteneqroda daimi və ya müvəqqəti qeydiyyatda olan 100 min xarici vətəndaşdan 13 mini türkdür.
Nazim Hacıyev
Telegram kanalımız