Bakı. Trend:
Son illər ərzində Azərbaycan və Türkmənistan arasında tranzityükdaşımaları əhəmiyyətli dərəcədə artıb.
Trend xəbər verirki, bu barədə Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlovun“Türkmənistanın xarici siyasəti və diplomatiyası” jurnalında dərcolunan məqaləsində qeyd olunur. Jurnal Türkmənistanın Xarici İşlərNazirliyi tərəfindən nəşr olunur.
G. Gözəlov vurğulayıb ki, son yeddi il ərzində ticarətdövriyyəsi üç dəfə artaraq 2024-cü ildə 383 milyon dollaraçatıb.
“Bu artım investisiya əməkdaşlığının genişləndirilməsi və birgəlayihələrin uğurla həyata keçirilməsi hesabına ikitərəfliəlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır,” – deyə o əlavəedib.
“2025-ci ilin ilk yeddi ayı ərzində tranzit daşımalarının həcmi1,28 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 13 faiz çoxdur,” - deyə səfir bildirib.
Onun sözlərinə görə, daşımaların əsas hissəsi – təxminən 76faizi – Şərq-Qərb marşrutu üzrə dəmir yolu nəqliyyatı vasitəsiləhəyata keçirilib.
Səfir həmçinin qeyd edib ki, Türkmənistanın, xüsusilə enerjisektorundakı ixrac potensialı Azərbaycanın inkişaf etmiş logistikaşəbəkəsini tamamlayır və qarşılıqlı fayda yaradır. O bildirib ki,son illərdə enerji, logistika və nəqliyyat sahələrində əməkdaşlıqstrateji əhəmiyyət qazanıb.
Diplomat,həmçinin 2025-ci ilin iyul ayında Bakıda keçirilmişiqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrəAzərbaycan-Türkmənistan Hökumətlərarası Birgə Komissiyasının 8-ciiclasını da xatırladıb. Gözəlov qeyd edib ki, tərəflər bir sıraistiqamətlərdə əməkdaşlığın genişləndirilməsi barədə razılığagəliblər.
“Razılaşma enerji, ticarət, nəqliyyat və logistika sahələrindəbirgə təşəbbüslər üçün çərçivə müəyyən edir və qarşılıqlı inkişafa,həmçinin regional əlaqəliliyin möhkəmlənməsinə xidmət edir,” - deyəo vurğulayıb.