AZ

Sot Vonq: Kamboca və Azərbaycan milli sülh və tarixlə bağlı oxşar xüsusiyyətlə malikdir

BAKI, 29 oktyabr. TELEQRAF

"Azərbaycan xalqını konstitusiya və suverenlik ili münasibəti ilə təbrik edirik. Konstitusiya xalqın və dövlətin suverenliyini təmin edən mühüm sənətdir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında Kamboca Milli Assambleyanın sədrinin ikinci müavini Sot Vonq deyib.

O qeyd edib ki, dövlətin suverenliyi şərtsiz formada təmin edilməlidir: “Azərbaycan Prezidentinin ölkə ərazisinin təminatı və sülh gətirdiyinə görə təbrik edirəm. Kamboca və Azərbaycan milli sülh və tarixlə bağlı oxşar xüsusiyyətlə malikdir. “Sülhə görə təşəkkürlər” Kamboca xalqının əsas deyiminə çevrilib. Amma bu gün Kamboca kənar bir ölkə tərəfindən təhdidlərlə üzləşib. Buna baxmayaraq sülh naminə və kənar müdaxilələrin qarşısının alınması üçün beynəlxalq çağırışlar prosesin qarşısını alacağına əminik”

Seçilən
49
teleqraf.com

1Mənbələr