
ABŞ Prezidenti Donald Tramp üçüncü dəfə Amerika prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olub-olmadığını bildirib.
Missiya.Az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
Tramp istefa verdikdən sonra Respublikaçılar Partiyasına kimin rəhbərlik edə biləcəyi barədə danışaraq, 2028-ci il prezidentliyə namizədliyinə əsas namizədlər kimi ABŞ dövlət katibi Marko Rubio və vitse-prezident Ceyms Devid Vensin adını çəkib.
Jurnalistlərə danışan Tramp, Ağ Evin keçmiş strateqi Stiv Bannon tərəfindən bu yaxınlarda ortaya atılan qeyri-konstitusion üçüncü müddətə namizəd olmaq təkliflərinə cavab verib.
"Mən bunu etməkdən məmnun olardım, çünki indiyə qədərki ən yaxşı rekorda sahibəm", - deyə siyasətçi vurğulayıb.
Bununla belə, Tramp qeyd edib ki, yenidən namizəd olmaq barədə əslində düşünməyib.
Daşqın HəsənovMissiya.Az