AZ

“Atəşgah” sığorta şirkətinin yığımları və ödənişləri artıb - RƏQƏMLƏR

“Atəşgah” Sığorta Şirkəti ilk 9 ayda 48 milyon 677 min manat sığorta haqqı toplayıb.

FED.az xəbər verir ki, şirkətin yığımları illik müqayisədə 1 milyon 705 min manat (3,6%) artıb.

Ötən il yığımlar 46 milyon 972 min manat idi.

Ödənişlər isə 12 milyon 77 min manat (70%) artaraq 29 milyon 471 min manat olub. Ötən il ödənişlər 17 milyon 394 min manat olmuşdu.

Seçilən
3
fed.az

1Mənbələr