AZ

Təbrizdə etiraz aksiyası keçirilib

Təbrizdə

Oktyabrın 28-də Şərqi Azərbaycan əyalətinin Yol və Şəhərsalma Baş İdarəsinin qarşısında etiraz aksiyası keçirilib.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, aksiyanı şəhərin Bağmeşə bölgəsində tikintisi nəzərdə tutulan yaşayış binalarında mənzil alan şəxslər keçiriblər.

Baş İdarənin qarşısına toplaşan narazılar, 7 il əvvəl mənzil üçün ödəniş etmələrinə naxmayaraq, bu günə kimi heç bir binanın hazır oldmadığını bildiriblər.

Aldadıldıqlarını bildirən etirazçılar əyalət valisi və başqa dövlət qurumlarının problemin həlli üçün müdaxilə etmələrini tələb ediblər.

Seçilən
9
xalqcebhesi.az

1Mənbələr