Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan BOKT-larının kredit portfeli 867.8 milyon manat təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında qeyd edilib.
Bildirilir ki, BOKT-ların kredit portfeli 2024-cü ilin eyni dövrü ilə müqayisədə 123.2 milyon manat və ya 16.5% artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında BOKT-ların kredit porfeli 744.6 milyon manata bərabər idi.
Bizi sosial şəbəkələrdən izləyin!!