AZ

Paşinyan Qaregini faktla hədəldi: “Katolikos subaylıq andını pozub”

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan sosial media səhifəsində "Katolikos Aram Atanı devirə bilməz" mövzusunda video paylaşıb.

“Cebheinfo.az” xəbər verir ki, Paşinyan deyib:

"Bu, əslində Ktriç Nersisyan barədə (Bütün Ermənilərin Katolikosu II Qareginin dünyəvi adı - red.) sensasiyalı xəbəridir. Ktric deyib ki, Erməni Apostol Kilsəsinin Nizamnaməsi var və bu Nizamnaməyə əsasən Ata Aram Asatryan vəzifəsindən kənarlaşdırıldığı üçün Hovannavankda liturgiya keçirə bilməyib, əslində belə deyil". Paşinyan Ktriç Nersisyanın Ata Aramı niyə devirə bilmədiyini ətraflı izah edib.

"Bu, əslində Kriç Nersisyanın Ata Aramı niyə devirə bilmədiyini izah edir. Buradakı problem ondadır ki, Nizamnaməyə görə, Ktriç Nersisyan bütün ermənilərin katolikosu ola bilməz, çünki o, subaylıq andını pozub və bu səbəbdən vəzifəsindən azad edilib. 

Vəzifəsindən azad edilmiş şəxs isə kimisə vəzifəsindən azad edə bilməz. Buna görə də Ata Aram Asatryan Hovannavankda liturgiya keçirə bilər və mən, ötən bazar günü etdiyim kimi, bu bazar günü də Hovannavankda liturgiyada iştirak edəcəyəm”, - deyə Paşinyan bildirib.

Erməni mətbuatı isə yazır ki, Aram Ata subaylıq andını pozduğuna görə vəzifəsindən azad edilmiş katolikos tərəfindən keşiş təyin edilib: 

“Bu da Paşinyanın məntiqinə görə, Aramın keşiş ola bilməyəcəyi deməkdir”.Onu da qeyd etmək lazımdır ki, Paşinyanın baş keşişin subaylıq andını pozma faktı barədə danışması ilk dəfə deyil:

“Bu da Baş nazirin bəzi dəlillərinin olduğunu göstərir. Vətəndaşın şəxsi həyatı ilə bağlı faktların yüksək vəzifəli məmurun əlinə necə düşdüyü və onun bu barədə hansı hüquqla danışdığı, açıq-aydın onların dərc olunma ehtimalına işarə etdiyi ilə bağlı suallar cavabsız qalır”.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
cebheinfo.az

2Mənbələr