Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsüm start götürüb.
Fanat.Az xəbər verir ki, açılış günündə 4 oyun keçirilib.
Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Aznur" "Star Bakı"ya heç bir şans verməyib - 18:2. "Atəşgah Suraxanı" "Lənkəran"ı (5:4), "DİN İdman Cəmiyyəti" "Bakı 145"i (5:3) məğlub edib. "Sumqayıt" - "Buxar" duelində isə qalib müəyyənləşməyib - 2:2.
Qeyd edək ki, I turun növbəti 4 oyunu bu gün baş tutacaq.