Bakı. Trend:
Lənkəran şəhəri, Füzuli küçəsi 121A ünvanında fəaliyyətgöstərən, Baxşızadə Orxan Oktay oğluna məxsus şərab evində QidaTəhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmişyoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğumüəyyən edilib.
Trendxəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Belə ki, ictimai iaşə obyektinin satış vitrinində Azərbaycandilində markalanması və istehsalçı barədə məlumatları olmayan“Имперская”, “Тigoda”, “Столовая”, “Русский Дозор”, “РоссийскаяКорона” əmtəə nişanlı araq məhsulları aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərəksahibkar barəsində inzibati protokol tərtib olunub, məhsullarınsatışı məhdudlaşdırılıb, nümunələr götürülərək Qida Təhlükəsizliyiİnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
 
                        