AZ

Li Çje Men: Şimali Koreya lideri ABŞ Prezidentinin sülhsevər səylərini qiymətləndirmir

Bakı, 29 oktyabr, AZƏRTAC

Şimali Koreya lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampın Koreya yarımadasında sülhə sadiqliyi ilə bağlı səmimiyyətinə tam inanmır.

AZƏRTAC xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Li Çje Men deyib.“KXDR lideri Kim Çen In Prezident Donald Trampın səmimiyyətini hələ tam qəbul etməyib. O, Birləşmiş Ştatların dövlət başçısının səmimi daxili impulsunu başa düşə bilməyib”, - deyə Koreya Respublikasının Prezidenti bildirib.

“Şimali Koreyanın lideri ilə istənilən vaxt görüşməyə hazır olduqları barədə bəyanatlar Koreya yarımadasında sülh üçün kifayət qədər isti atmosfer yaradır”, - deyə Li Çje Men əlavə edib.

Qeyd edək ki, Li Çje Men və Donald Tramp arasında görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı tədbirlərinin başladığı Kyoncu şəhərində keçirilir. Tədbirdə ABŞ Prezidenti KXDR lideri ilə görüşün vaxtı ilə bağlı razılığa gələ bilmədiyini açıqlayıb.

Seçilən
18
2
azertag.az

3Mənbələr