AZ

Həyat sığortası üzrə edilən ödənişlər 33,5% artdı

BAKI, 29 oktaybr. TELEQRAF

Bu ilin yanvar-sentaybr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri ümumilikdə 683,9 milyon manat sığorta ödənişi həyata keçirib.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz çoxdur.

Ödənilən vəsaitin 484,7 milyon manatı həyat sığortası üzrə ödənişlərin payına düşüb. Bunun da 480,4 milyon manatı könüllü həyat sığortası, 4,3 milyon manatı isə icbari həyat sığortası üzrə ödənilib.

Qeyd edək ki, hesabat dövründə həyat sığortası üzrə ödənişlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 33,5 faiz artıb.

Seçilən
32
teleqraf.com

1Mənbələr