Kamboca Milli Assambleyasının ikinci vitse-prezidenti Sauth Vong bu gün Milli Məclisdə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında Tailandın və Kamboca arasında savaş və əldə olunan sülhdən danışıb.
APA xəbər verir ki, Kamboca Milli Assambleyasının ikinci vitse-prezidenti sülhün önəmini vurğulayıb.
Sauth Vong oktyabrın 26-da Tailandın və Kambocanın baş nazirləri Anutxin Çanvirakun və Hun Manetin ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Kuala-Lumpurda keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının sammiti çərçivəsində “sülh sazişi”ni imzaladığını xatıərladıb və sülhün əldə edilməsi üçün səylərinə görə Donald Trampa təşəkkür edib.