AZ

“Yuventus”un baş məşqçisi bəlli olur

“Yuventus” yaxın günlərdə Luçano Spallettinin baş məşqçi təyin olunduğunu açıqlayacaq.

İdmanxeber.az xəbər verir ki, Turin klubu 66 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalayıb. Komanda Çempionlar Liqasına vəsiqə qazandığı halda anlaşma 2027-ci ilə qədər uzadılacaq.

Spalletti sabah ilk məşqini keçirəcək, komandanın onun rəhbərliyi altında ilk oyunu isə noyabrın 1-də “Kremoneze”yə qarşı olacaq.

Qeyd edək ki, “Yuventus”un keçmiş baş məşqçisi İqor Tudor zəif nəticələrə görə vəzifəsindən uzaqlaşdırılmışdı.

Seçilən
17
idmanxeber.az

1Mənbələr