AZ

Tacikistanla Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur Spiker

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Tacikistan ilə Azərbaycan arasında çoxillik dostluq münasibətləri var. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq mövcuddur".

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Fayzali İdizoda deyib.

O qeyd edib ki, ölkə rəhbərləri arasındakı münasibətlər əlaqələrin inkişafında mühüm önəm kəsb edir: “Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafında mühüm mərhələ hesab edilir. Eyni zamanda bu amil ölkələr arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalanmasını təmin edib. Düşənbədə keçirilən MDB forumunda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı münasibətlərin növbəti təzahürü idi. Bununla yanaşı iki ölkə arasında parlamentlər səviyyəsində də mühüm uğurlar əldə olunub”.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
2
olke.az

3Mənbələr